“Liverpul”un keçmiş futbolçusu karyerasını bitirdi

“Liverpul”un keçmiş futbolçusu Maksi Rodriqes karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə 40 yaşlı argentinalı yarımmüdafiəçi özü məlumat verib. O, “instaqram” səhifəsində etdiyi paylaşımda futbolla vidalaşdığını yazıb.

Rodriqesin son klubu 2019-cu ildən formasını geyindiyi “Nyuells Old Boys” olub.

Rodriqes “Atletiko” (2005-2010) və “Liverpul” (2010-2012) kimi klublarda forma geyinib.