“Liverpul”un kapitanı sıradan çıxdı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Atletiko”ya 0:1 hesabı ilə məğlub olan “Liverpul” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd klubunun müdafiəçisi Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində meydanı tərk edən futbolçunu Ceyms Milner əvəzləyib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandanın baş məşqçisi Yurgen Klopp “qırmızlar”ın kapitanının əzələsində problem olduğunu bildirib:

“Təəssüf ki, Henderson əzələsindən zədələndi. Çox narahat görünmürdü, amma meydandan çıxmağa məcbur oldu. Zədəsinin nə dərəcədə ciddi olduğunu bilmək üçün gözləmək məcburiyyətindəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button