“Liverpul”un futbolçusu PSJ-nin hədəfində

İngiltərənin “Liverpul” klubundakı gələcəyi müzakirə olunan Adam Lallana karyerasını Fransada davam etdirə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu PSJ-nin transfer hədəfindədir. Paris klubu “qırmızılar”la müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçunu azad agent kimi heyətinə qatmaq niyyətindədir. Lallana “Liverpul”la müqaviləni yeniləməyəcəyi halda, yanvardan etibarən istənilən klubla danışıqlar apara bilər. PSJ ingiltərəli futbolçunu qış transfer dövründə heyətinə qatmağı planlaşdırır.

2014-cü ildən “Liverpul”un şərəfini qoruyan Lallana, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 8 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button