Alkantara Premyer Liqanın daha bir klubunun hədəfində

“Bavariya”nın yarımmüdafiəçisi Tyaqo Alkantara İngiltərənin daha bir klubunun maraq dairəsinə düşüb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Mançester Yunayted”in hədəfindədir. “Qırmızı şeytanlar”ın futbolçunun meneceri ilə təmasa keçdiyi, lakin klublar arasında danışıqların başlamadığı bildirilir.

Alkantara Premyer Liqanın digər klubu “Liverpul”un da maraq dairəsindədir.

İspaniyalı futbolçunun “Bavariya” ilə müqaviləsi növbəti ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button