“İnter” belçikalı hücumçu üçün hərəkətə keçir

“İnter” klubu “Liverpul”un hücumçusunu transfer edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” Divok Originin xidmətində maraqlıdır. Məlumata görə, “İnter” 25 yaşlı futbolçunu Romelu Lukakuyla rəqabət apara biləcək hücumçu olaraq görür. Klubun bu transfer üçün hərəkətə keçməyə hazır olduğu bildirilir.

Lukaku və Origi Belçika millisində komanda yoldaşıdır.

2014-cü ildən “Liverpul”un şərəfini qoruyan Originin klubla müqaviləsi 2024-cü ilin iyununadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button