“Liverpul”un hələ də Avropanın ən yaxşı komandası olmasına şübhə yoxdur”

“Liverpul”un sabiq futbolçusu Maykl Ouen UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Atletiko”yla oyun haqqında açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, “qırmızılar”ın 2:3 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları deyib:

“Liverpul” turnirdən kənarlaşdı, amma şübhəsiz, digər bütün klublar artıq daha rahat nəfəs ala bildilər. “Liverpul”un hələ də Avropanın ən yaxşı komandası olmasına şübhə yoxdur. İki oyunun nəticəsinə görə məğlub olsalar da, ən yaxşı formalarındadırlar, əla oyun keçirdilər. İki komanda arasındakı əsas fərq qapıçılar idi. “Atletiko”nun futbolçuları paltardəyişmə otağında bir-birlərinə “Qarşılaşdığımız komanda necə yaxşı idi! Heç vaxt belə bir şeylə qarşılaşmamışdıq” deyirdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button