“Liverpul”un futbolçusundan yeni rekord

“Liverpul” İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Çelsi”yə 5:3 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, oyunda məhsuldar ötürmə ilə yadda qalan Mersisayd klubunun futbolçusu Trent Aleksander-Arnold yeni rekord müəyyənləşdirib. Belə ki, 21 yaşlı futbolçu, cari mövsümdəki məhsuldar ötürmələrinin sayını 13-ə çatdırıb. Bununla da, o, Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə ilə yadda qalan müdafiəçi olub.

Bundan əvvəlki göstərici də Arnolda məxsus idi. Keçən mövsüm 12 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, bu dəfə öz rekordunu yeniləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button