“Liverpul”un futbolçusundan nümunəvi addım

“Liverpul”un futbolçusu Endi Robertson ölkəsi Şotlandiyada xeyriyyə cəmiyyəti yaradıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, cəmiyyətin adı futbolçunun ad, soyadının baş hərflərindən və forma nömrəsindən ibarətdir – “AR26 Charity”. Qurum maddi imkanı zəif olan uşaqlara təhsil almağa, iş tapmağa kömək etməyi və xəstələrə dəstək olmağı nəzərdə tutur.

Robertson bu addım üçün “Mançester Yunayted”in üzvü Markus Reşforddan ilham aldığını bildirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button