“Liverpul”un futbolçusu üçün əlamətdar oyun

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Liverpul”un “Kristal Pelas”a 4:0 hesabıyla qalib gəldiyi oyun futbolçusu Fabinyo üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu, “Liverpul”un heyətində Premyer Liqada 50-ci oyununu keçirib. O, əlamətdar oyunda komandasının 3-cü qolunun müəllifi olub.

2018-ci ildən “Liverpul”da çıxış edən 26 yaşlı futbolçu, komandanın heyətində ümumilikdə 75 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button