“Ümid edirəm ki, bunu təkrarlaya bilərik” – Mane

“Liverpul”un futbolçusu Sadio Mane UEFA superkubokunda “Çelsi” ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, seneqallı hücumçu, oyuna hazır olduqlarını deyib:

“Çelsi”nin “Mançester Yunayted”lə oyununu izlədim. Çoxlu imkanları oldu, ancaq yararlana bilmədilər. Oyunun sonunda yaxşı tərəf “Mançester Yunayted” idi və qazandılar. Ümid edirəm ki, biz də eynisini təkrarlayarıq.

“Çelsi”ni yaxşı tanıyırıq. 2005-ci ildə Çempionlar Liqasının İstanbulda olan finalındakı kimi qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, bunu təkrarlaya bilərik. Qalib gəlmək üçün hər şey edəcəyik. Oyuna hazırıq”.

“Liverpul” – “Çelsi” matçı bu gün, saat 23:00-da start götürəcək.