“Düşünürəm ki, “Enfild Roud”da Kloppa heykəl qoyulacaq”

“Liverpul”un futbolçusu Sadio Mane maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, seneqallı hücumçu, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp haqda danışıb:

“Düşünürəm ki, “Enfild Roud”da Kloppa heykəl qoyulacaq. O, futbolçular və komanda üçün hər şeyi etməyə çalışan mükəmməl baş məşqçidir. Klopp meydançada futbolçulara daha çox məsuliyyət verir. Eyni zamanda, çox mehribandır. Bunlar Kloppun xüsusi gücüdür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button