“Geri qayıtmaq üçün çox çalışdım” – Mane

“Liverpul”un futbolçusu Sadio Mane İngiltərə Premyer Liqasının 26-cı turunda “Norviç”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan seneqallı hücumçu 1:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Qol vurmağı bacardım. Zədədən sonra bu asan olmadı. Bütün futbolçular daim oynamaq istəyir. Ancaq zədələr idmanda ola biləcək şeylərdir. Geri qayıtmaq üçün çox çalışdım və bacardım.

Premyer Liqada çempionluq qazanmaq əvvəldən hədəfimiz idi. İndi işlərimiz yaxşı gedir. Qarşıda daha çox oyun var və bunlar hədəfə gedir. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Görək, mövsümün sonunda nə olacaq”.

“Liverpul” hazırda Premyer Liqada 76 xalla liderdir.