“Çempionluq artıq mümkünsüz görünür” – Mane

“Liverpul”un futbolçusu Sadio Mane açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, seneqallı hücumçu, Premyer Liqada əsas hədəflərinin ilk 4-lükdə yer almaq olduğunu deyib:

“Mövsümün əvvəlində Premyer Liqa, Çempionlar Liqası və digər turnirlərin qalibi olmaq istəyirik. Ancaq indi bizim üçün Premyer Liqada çempionluq şansının qalmadığını deyə bilərəm, çünki xal fərqi çoxdur.

Heç vaxt təslim olmaq istəmirik, lakin çempionluq artıq mümkünsüz görünür. “Mançester Siti” möhtəşəm komandadır. Premyer Liqada indi hədəfimiz ilk dörd sırada yer almaqdır.

Premyer Liqada hər şey bitsə də, Çempionlar Liqasında yolumuza davam edirik. Bunun asan olmayacağını bilirik. Avropanın ən yaxşı komandalarını məğlub etməliyik. Bunu bacarmaq istəyirik və Çempionlar Liqasını qazanmağa çalışacağıq”.

“Liverpul” Premyer Liqada 40 xalla 6-cı sıradadır. Mersisayd təmsilçisi lider “Mançester Siti”dən 16 xal geri qalır.

“Liverpul”un Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi “Leyptsiq”dir. Komandalar arasında keçirilən ilk oyunda İngiltərə klubu 2:0 hesablı qələbə qazanıb.