“Liverpul”un futbolçusu “Portu”da

İngiltərə çempionu “Liverpul” daha bir futbolçusunu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi Marko Qruyiçi “Portu”ya icarəyə verib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliya klubu 24 yaşlı serb futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb.

Qruyiç 2016-cı ildən “Liverpul”dadır. Əvvəlki mövsümlərdə “Srvena Zvezda”, “Kardiff Siti” klublarında da icarədə oynamış yarımmüdafiəçi, son iki ildə “Herta”nın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button