Dibala üçün İngiltərə variantı

“Yuventus”un futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu klubla yeni müqavilə imzalamaq istəmir və karyerasını İtaliyadan kənarda davam etdirə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İngiltərənin “Liverpul” klubu Dibala ilə maraqlanır. Mersisayd təmsilçisi 28 yaşlı hücumçunu yayda azad agent kimi heyətinə qatmaq niyyətindədir.

Dibalanın “Yuventus”la sözləşməsi mövsümün sonuna qədərdir.