“Liverpul”a lazım olmadı – ölkəsinə qayıdır

İngiltərənin “Liverpul” klubunun qapıçısı Loris Karius komandadan ayrılmağa hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, almaniyalı qolkiper karyerasını ölkəsində davam etdirəcək. O, “Yunion”la anlaşıb. Razılığa əsasən, Karius cari mövsümü icarə əsasında Bundesliqa klubunda keçirəcək.

Keçidin bu həftə içərisində tamamlanacağı bildirilir.

“Liverpul” 27 yaşlı futbolçunun xidmətində maraqlı deyil. Karius daha əvvəl “Beşiktaş”a icarəyə verilib. Onun Mersisayd klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.