“Mançester Siti”dən top almaq çox çətindir” – Salah

“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqanın 7-ci turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, misirli hücumçu, 2:2 hesabıyla bitən oyunla bağlı bunları söyləyib:

“Mançester Siti”dən top almaq çox çətindir. İlk hissədə pis çıxış etdik. İkinci hissədə daha yaxşı oynadıq. Oyunun əvvəlində üstünlük rəqibdə oldu. Fasilədən sonra vəziyyət dəyişdi. Paltardəyişmə otağında uşaqlarla danışdıq və ikinci hissədə özümüzü toplayıb, daha yaxşı oynadıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button