Salah: “Barselona” kimi komandanın mənimlə maraqlanması gözəldir”

“Liverpul”un futbolçusu Məhəmməd Salah adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, misirli hücumçu, “Liverpul”da qalmaq istədiyini deyib:

“Hər dəfə demişəm, gələcəyim özümdən asılı olsa, seçimim “Liverpul”da qalmaq olar. Ancaq qərar rəhbərliyin əlindədir. Yeni müqavilə şərtlərində razılaşmalıyıq.

“Barselona” kimi komandanın mənimlə maraqlanması gözəldir. Amma mən “Liverpul”da xoşbəxtəm. Görək, gələcəkdə necə olacaq. Hazırda dünyanın ən güclü çempionatında – Premyer Liqada qalmaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button