“Bəzən bəxtim gətirmir və qol vura bilmirəm” – Salah

“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqada “Uotford”u məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan misirli hücumçu, 5:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyuna daha yaxşı başlamaq istədik. Hər imkanımızı dəyərləndirmək istəyirdik. Vacib qollar vurduq. Roberto Firmino het-trik etdi, onu təbrik edirəm.

Mənim qolum? Hələ təkrarına baxmamışam. Düşünürəm ki, “Mançester Siti”yə qarşı matçda daha yaxşı oynadım. Bilmirəm, fərqləndirməkdə çətinlik çəkirəm.

Bəzən bəxtim gətirmir və qol vura bilmirəm. Hər zaman bütün gücümlə komandama kömək etməyə çalışıram”.