“Liverpul”un futbolçusu İspaniyaya qarşı oynaya biləcək?

“Liverpul”un və İsveçrə millisinin futbolçusu Xerdan Şakirinin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçudan götürülən təkrar analizin cavabı mənfi çıxıb.

Bu barədə İsveçrə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, milli komandanın düşərgəsində olan futbolçunun oktyabrın 5-də verdiyi koronavirus testi pozitiv nəticə versə də, sonradan götürülmüş təkrar testin nəticəsi müsbət olub.

Bu üzdən də Şakiri İsveçrə millisinin heyətində UEFA Millətlər Liqasının İspaniya ilə səfər oyununa aparılıb. Onun həm bu qarşılaşmada, həm də bir neçə gün sonra baş tutacaq Almaniya ilə matçda meydana çıxıb-çıxmayacağına UEFA qərar verəcək.