“Liverpul”un kapitanı əməliyyat olundu

“Liverpul”un futbolçusu Cordan Henderson əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, kapitanın qasıq nahiyəsindən uğurlu əməliyyat keçirdiyi bildirilib.

“Liverpul” Hendersonun sağalma müddətini açıqlamayıb. İngiltərə mətbuatının xəbərinə görə, 30 yaşlı yarımmüdafiəçi ən azı aprelə qədər yaşıl meydanlardan uzaq qalacaq.