Veynaldum “Liverpul”un tarixinə düşdü

“Liverpul”un üzvü Corcinyo Veynaldum klubun tarixində 200 oyunda ən çox qələbə qazanan futbolçu olub.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Liverpul”un Premyer Liqanın son turunda “Lester”i 3:0 hesabıyla məğlub etdiyi matç Veynaldumun 133-cü qələbəsi olub.

Bundan əvvəl “Liverpul”da 200 oyunda ən çox qələbə qazanan Alan Kennedi idi. Keçmiş ingilis müdafiəçi 200 oyunda 131 qələbə qazanmışdı.