“Liverpul”un futbolçusu “Çelsi” ilə oyunda olmayacaq

İngiltərənin “Liverpul” klubunun zədəli futbolçusu Nabi Keytanın komandaya qoşulacağı vaxt məlum olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı yarımmüdafiəçi İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Çelsi” ilə keçiriləcək oyunu buraxacaq. Komandanın baş məşqçisi Yurgen Klopp, 25 yaşlı futbolçunun Premyer Liqanın növbəti turunda keçiriləcək “Bornmut”la oyuna hazır olacağını bildirib:

“O, indi oynamaq üçün hazır deyil, amma bu oyundan sonra meydana çıxa biləcək”.

“Çelsi” – “Liverpul” oyunu bu gün, saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button