“Liverpul”dan ayrılıb, İspaniyaya qayıdır

“Liverpul”un futbolçusu Alberto Moreno karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 26 yaşlı oyunçu ilə “Vilyarreal” klubu yaxından maraqlanır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

“Liverpul”la iyunun 30-na qədər müqaviləsi olan Moreno, “Vilyarreal”a azad agent kimi keçəcək. Tərəflərin artıq razılıq əldə etdiyi bildirilir.

2014-cü ildən “Liverpul”da forma geyinən Moreno, son mövsümdə 5 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button