Lallana “Liverpul”dan ayrılır?

“Liverpul”un futbolçusu Adam Lallana komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə Çin və ABŞ klubları yaxından maraqlanır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Liverpul”la mövsümün sonuna qədər müqaviləsi olan Lallananın ilk seçimi Mersisayd təmsilçisindən yana olacaq. Premyer Liqa təmsilçisinin yeni sözləşmə təklif etməyəcəyi halda, ingilis futbolçu gələn təklifləri dəyərləndirəcək.

2014-cü ildən “Liverpul”da çıxış edən Lallana, bu mövsüm 8 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button