“Liverpul”un daha bir futbolçusunda koronavirus aşkarlandı

“Liverpul”un daha bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Nabi Keytada koronavirus aşkarlanıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 25 yaşlı futbolçu Qvineya millisinin düşərgəsində olarkən test verib və nəticəsi müsbət olub.

“Liverpul”da daha əvvəl Sadio Mane, Tiaqo Alkantara və Xerdan Şakiridə də koronavirus aşkarlanmışdı.