“Ümid edirəm ki, anası da onunla fəxr edir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”in futbolçusu Markus Reşfordla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, ingilis hücumçunun koronavirus pandemiyası zamanı ehtiyacı olan uşaqlara yardım etməsiylə bağlı bunları deyib:

“Reşfordun etdiyi xoş və inanılmaz bir şeydir. Koronavirusla mübarizə zamanı məsuliyyəti daha çox olan insanların liderlik etmədiyi bir vaxta onun bu hərəkəti çox xoşdur. Ümid edirəm ki, anası da onunla fəxr edir. Reşford haqda çox bilmirəm, ancaq onun bu hərəkətiylə qürur duyuram”.

Reşford koronavirus pandemiyasına görə ehtiyacı olan kimsəsiz uşaqlara yardım etmiş və bu hərəkətinin qarşılığında İngiltərə hökuməti tərəfindən mükafatlandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button