“Super oyun idi, bəyəndim”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 10-cu turunda “Tottenhem”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Oyunun əvvəlində şanssızlıq yaşadıq və qapımızda top gördük. “Tottenhem” yaxşı müdafiə olunurdu və çox güclü əks-hücumlar edirdi. Oyun planımıza sadiq qaldıq.

“Tottenhem”in qapıçısı Paulo Qassaniqa möhtəşəm oyun göstərdi. Rəqib məni təəccübləndirmədi. “Tottenhem” dünyanın istənilən komandasına çətinlik yarada biləcək gücə sahibdir. Daha sonra oyunu idarə etdik və vəziyyəti öz lehimizə dəyişdik. Ümumilikdə, super oyun idi, bəyəndim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button