Klopp: “Özümüzə inansaq, bir şansımız ola bilər”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Klopp, mərhələ adlamaq üçün bir şanslarının olduğunu deyib:

“İlk oyunda 1:3 hesabıyla uduzursansa, artıq səni turnirdən çıxmış kimi düşünürlər. Yəni itirəcəyimiz heç nə yoxdur. Yaxşı atmosfer yaradıb, mərhələni keçməyə çalışacağıq. Azarkeşlərin olmaması əlavə problemdir. Buna baxmayaraq, daha bir uğur qazanacağımıza inanmalıyıq.

Daha irəli getməyin mümkünsüz olduğunu düşünsək, heç nə əldə edə bilməyəcəyik. Özümüzə inansaq, bir şansımız ola bilər. Düzdür, çətin olacaq, lakin mümkünsüz deyil. “Enfild”də öz atmosferimizi yaradacağıq”.

Bu gün keçiriləcək “Liverpul” – “Real” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Real” 3:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button