“500 qol imkanımız olmadı, ancaq qələbə qazanmağı bacardıq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 7-ci turu çərçivəsində “Vest Hem”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. “Vest Hem” kimi bir rəqibə qarşı daha çox çalışmaq lazım idi.

Çox yaxşı oyun sərgilədik. Düzdür, 500 qol imkanımız olmadı, ancaq qələbə qazanmağı bacardıq. Komandamın apardığı mübarizə məni qane etdi, xoşbəxtəm”.