“Burada qələbə qazanmaq asan olsaydı…” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqada “Tottenhem”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis 1:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Hər şeydən əvvəl qələbə qazandığımız üçün xoşbəxtəm. Bir komanda qələbəyə layiq idi, o da biz idik. “Tottenhem” xüsusi komandadır.

Çox sıx qrafikdəyik. Bizə qarşı güclü müdafiə sistemi qururlar. Burada qələbə qazanmaq asan olsaydı, bunu edən klubların da sayı çox olardı”.