Klopp: “Final matçını qazanacağıq və evə qayıdacağıq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, Çempionlar Liqasının finalında “Tottenhem”lə qarşılaşacaqları oyuna hazırlıq prosesindən danışıb:

“Çempionlar Liqasının finalına qədər etməli olduğumuz bir neçə şey var. Futbolçular istirahət etdikdən sonra iki həftə ərzində hazırlıq keçəcəyik. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Final matçını qazanacağıq və evə qayıdacağıq. Azakeşlərimiz layiq olduqları hər şeyi əldə edəcəklər”.

“Liverpul” – “Tottenhem” matçı iyunun 1-də, Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.