Klopp “Mançester Yunayted”ə məğlubiyyətdən danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Federasiya kubokunda “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 2:3 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Bu oyunda bir çox gözəl anlar var idi, lakin səhvlərimiz də oldu. Qalib gəlmək istəyirsənsə, hər şeydə öndə olmalısan. Biz bunu bacarmadıq. İlk qolda müdafiənin səhvi var idi. Hər oyun bir təcrübədir. Daha yaxşı olacağıq. Qələbə qazanmağı çox istəyirdik, ancaq olmadı”.