Klopp: “Düzdür, çox yaxşı futbol oynamadıq, amma…”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Ayaks”a (Niderland) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Oyunu qazanmaq üçün lazım olan performansı göstərdik. Bu gün üç xal qazanmaq bizim üçün vacib idi. Düşünürəm ki, hər iki komanda yaxşı futbol göstərmək potensialına sahibdir. “Ayaks”ın təhlükəli epizodları oldu, 1:0 irəlidə olanda bir zərbələri də dirəyə tuş gəldi. Ümumi götürəndə, oyundan razıyam. Düzdür, çox yaxşı futbol oynamadıq, amma əsas olan üç xal idi və onu da qazandıq”.