“Məğlub olduğumuzu qəbul etmək problem deyil” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atalanta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları görüş haqda bunları deyib:

“Qarşılaşmanı yaxşı adlandırmaq olmaz. İlk qol vurulana qədər heç bir komandanın şansı olmamışdı. Sıx qrafikimiz var, futbolçular da istirahət etməlidir.

Məğlub olduğumuzu qəbul etmək problem deyil. İndi bir olub, növbəti oyunlara hazırlaşmalıyıq”.