“Avropanın ən yaxşı komandası biz deyilik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə qarşılaşacaqları ilk oyundan əvvəl açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, oyunla bağlı bunları deyib:

“Avropanın ən yaxşı komandası biz deyilik. Çünki hazırda “Mançester Siti” Avropanın ən yaxşısıdır.

“Napoli” çox güclü komandadır. Bizim üçün asan olmayacaq. Turnirin son qalibi olduğumuz üçün bütün komandalar bizimlə oyuna xüsusi motivasiya ilə çıxacaq. Meydanda ən yaxşı oyunumuzu göstərməliyik”.

Bu gün keçiriləcək “Napoli” – “Liverpul” matçı saat 23:00-da start götürəcək.