“Napoli”nin penalti qazandığı epizoda baxdım, yanlış qərar idi” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Napoli” ilə qarşılaşdıqları ilk oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Napoli”nin penalti qazandığı epizoda baxdım, yanlış qərar idi. Penalti olmadığı açıqdır. Oyunçu ona müdaxilədən daha əvvəl özünü yerə atır. Ancaq indi bunu dəyişdirə bilmərik.

Çox yaxşı oynadıq, şanslarımız da oldu. Sadəcə, son vuruşlarda problemlər yaşadıq. Çox yaxşı imkanlarımızı boşa verdik. Belə məğlub olmaq incidir.

“Napoli” Çempionlar Liqasını qazana bilər. Yaxşı futbolçularınız və oyun planınız varsa, qalib ola bilərsiz. Çempionlar Liqasını qazanmaq üçün dünyadakı ən yaxşı komanda olmalı deyilsiz. Sadəcə, düzgün zamanda, düzgün şeyləri etmək lazımdır”.