“Bura qisas almaq üçün gəlməmişik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniya “Real”ına qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan alman mütəxəssis, növbəti mərhələyə yüksəlmək istədiklərini deyib:

“Mənim motivasiyam yüksək səviyyədədir. Növbəti mərhələyə yüksəlmək istəyirik. 2018-ci ildəki final matçını artıq unutmuşuq. Bura qisas almaq üçün gəlməmişik. Lakin növbəti mərhələyə çıxsaq, yaxşı olardı. Hər kəs “Real”ı favorit görür. Olsun, rəqiblə heç bir problemimiz yoxdur”.

Bu gün keçiriləcək “Real” – “Liverpul” matçı saat 23:00-da start götürəcək. Komandalar Çempionlar Liqasının 2018-ci ildəki final matçında qarşılaşmış və “Real” 3:1 hesablı qələbə qazanmışdı.