“Bəzilərindən fərqli olaraq, biz özümüzə güvənirik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Çelsi”nin çalışdırıcısı Frenk Lempardla münasibətlərindən danışıb.

Komanda.az xəbər verir ki, “Sky Sports”a açıqlama verən alman mütəxəssis, Lempardla heç bir probleminin olmadığını deyib:

“Lempardla aramda heç nə yoxdur. Əvvəl ona bir futbolçu kimi heyran idim, indi də yaxşı məşqçidir. Aramızda hər şey yaxşıdır, bazar günü də rəqib olacağıq. Bizim öz yolları ilə gedən fərqli klublarımız var. Amma bəzilərindən fərqli olaraq, biz özümüzə güvənirik”.

“Çelsi” Premyer Liqanın 2-ci turu çərçivəsində, sentyabrın 20-də “Liverpul”la qarşılaşacaq.