“Liverpul”un əfsanəsini təhqir etdi – “Ağzını yu”

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager “Everton”un braziliyalı hücumçusu Riçarlisonu tənqid edib.

Komanda.az xəbər verir ki, Riçarilson Karragerə olduqca sərt cavab verib. O, “tvitter”də belə yazıb:

“Karrager, “Everton” və mənim haqqımda danışmazdan əvvəl ağzını yu. Mən sənə hörmət etmirəm”.

24 yaşlı Riçarlison bu mövsüm “Everton”da 30 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin