“Liverpul”u “Monako”ya dəyişdi

“Monako” “Liverpul”un hücumçusu Takumi Minaminonu transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə knyazlıq təmsilçisinin saytı məlumat yayıb.

Yapon futbolçu ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Minamino 2020-ci ildən “Liverpul”da çıxış edirdi. 27 yaşlı oyunçu 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasında 11 matçda 3 qol vurub.