“Liverpul”u məğlub etmək mümkünsüz deyildi”

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Liverpul”a 1:4 hesabı ilə məğlub olan “Portu”nun müdafiəçisi Pepe matçdan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, turnirdə möhtəşəm mövsüm keçirdiklərini deyib:

“Azarkeşlərimiz bu oyunda möhtəşəm idi. Bu nəticəyə layiq deyildik, amma təəssüf ki, futbol belə bir oyundur. Bu komandadakı bütün futbolçuların Çempionlar Liqasını qazanmaq hədəfi var. Çempionlar Liqasında möhtəşəm mövsüm keçirdik və bu, artıq bitdi. Çox gözəl bir yarışın içində idik. “Liverpul”u məğlub etmək mümkünsüz deyildi. Belə çətin bir rəqibə qarşı nələr edə biləcəyimizi göstərdik. Artıq çempionata köklənməliyik.

“Portu” ilə Avropada kubok qazanmaq istəyirəm. Müqaviləmin müddəti bitənədək bunun gerçəkləşməsi üçün çalışacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button