“Liverpul”lu üçün mövsüm bitdi

“Liverpul” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Nabi Keyta zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə ilk oyununda zədələnən yarımmüdafiəçi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Keyta “Liverpul”un “Barselona”ya məğlub olduğu (0:3) qarşılaşmanın 24-cü dəqiqəsində zədələnərək, yerini Cordan Hendersona vermişdi.

“Liverpul”la “Barselona” arasındakı cavab oyunu mayın 7-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button