“Liverpul”dan Yurgen Kloppla yeni müqavilə – Rəsmi

İngiltərənin “Liverpul” klubu baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssisin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir. Klub onun başçılığı altında İngiltərə Premyer Liqasını, Liqa Kubokunu, UEFA Çempionlar Liqasını və superkubokunu, həmçinin klublararası dünya çempionatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button