“Liverpul”dan “Toronto”ya

İngiltərə Premyer Liqasının sonuncu qalibi “Liverpul” daha bir futbolçusunu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, sözügedən klub 21 yaşlı sol cinah müdafiəçisi Toni Qallaxeri Kanada “Toronto”suna icarəyə verib.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. İcarə müqaviləsinin müddəti bir il nəzərdə tutulub.

Karyerasına ökəsinin “Falkirk” klubunda başlayan şotland futbolçu, 2018-ci ildən “Liverpul”dadır. Şotlandiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış müdafiəçi geridə qalan mövsümdə “Liverpul”un U-23 komandasının heyətində 32 matça çıxıb, 2 qol vurub.