“Liverpul”dan Premyer Liqanın tarixinə düşən futbolçu ilə yeni müqavilə

İngiltərənin “Liverpul” klubu futbolçusu Harvi Elliottla peşəkar müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Müqavilənin müddəti barədə məlumat verilməyib. Ötən il “Liverpul”a keçən 17 yaşlı hücumçu bu mövsüm Premyer Liqda 2 matçda meydana çıxıb.

Xatırladaq ki, Elliott futbola başladığı “Fulhem”də 16 yaş 30 günündə ikən “Volverhempton”a qarşı oynayaraq Premyer Liqa tarixinin ən gənc oyunçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button