“Liverpul”dan hücumçusuna yeni müqavilə

İngiltərənin “Liverpul” klubu hücumçusu Divok Oriqi ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin belçikalı forvardın dəqiq hansı tarixə qədər bu klubda qalacağı açıqlanmayıb.

Oriqi 2014-cü ildə 10 milyon funt-sterlinq qarşılığında Fransanın “Lill” klubundan transfer olunub. O, geridə qalan mövsümdə 22 oyuna çıxıb, 8 qola imza atıb. Divok Belçika yığmasında da 26 oyuna 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button