“Liverpul”dan “Beşiktaş”a “yox” cavabı

“Beşiktaş”ın heyətində icarə əsasında çıxış edən, amma istənilən oyunu göstərməyən Loris Kariusu mövsümün sonunda komandadan göndərmək üçün “Liverpul”la apardığı danışıqlar nəticəsiz qalıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu qolkiperi mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Liverpul”a qaytarmaq istəsə də, onların bu istəyi baş tutmayacaq. İngiltərə təmsilçisi ilə danışıqlara başlayan klub rəhbərliyi, “Kariusu heyətinizdə görmək istəmirsizsə, icarə əsasında çıxış edə biləcəyi başqa klub tapın” cavabını alıb.

“Konyaspor”la oyunda buraxdığı qol səbəbiylə azarkeşlərin tənqidinə məruz qalan Karius, mövsümün əvvəlində “Liverpul”dan icarəyə götürülmüşdü. Onun “qara qartallar”la 2020-ci ilədək icarə müqaviləsi var.