“Liverpul”dan ayrıldı, La Liqa klubu ilə müqavilə bağladı

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa klubu İngiltərə təmsilçisi “Liverpul”dan ayrılan Alberto Morenonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşl müdafiəçi yeni klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, ispaniyalı futbolçu 2014-cü ildə 12 milyon funt-sterlinq qarşılığında “Sevilya”dan “Liverpul”a gəlmişdi. Moreno yeni klubuna azad agent statusunda keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button