“Liverpul”dan ABŞ-dakı irqçiliyə etiraz

İngiltərənin “Liverpul” klubu ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə biganə qalmayıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhənginin futbolçuları məşq zamanı meydanın mərkəzində diz çökərək irqçiliyə və polis vəhşiliyinə etiraz ediblər.

Bu görüntünü sosial şəbəkə hesabında yayan klubun mətbuat xidməti “Birlik qüvvətdir” sözlərini də qeyd edib.

Qeyd edək ki, ABŞ-da Corc Floydun ölümündən bəri əksər ştatlarda etiraz aksiyaları keçirilir və idman ictimaiyyətindən də arabir belə dəstək cəhdləri gəlir.